20 Yanvar 2021 14:47
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ zəif dolları hədəfləməmlidir, başqalarının da bunu etməsini önləməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Senatdakı çıxışında ABŞ-ın yeni Maliyyə naziri Canet Yellen deyib.

O bildirib ki, iqtisadiyyatı yenidən qurmalıyıq, ABŞ-ın rəqabət qabiliyyətini artırmalıyıq: “Təşviq paketini hazırlayarkən ABŞ-ın böyük borc yükünün fərqində idik. Ən ağıllı hərəkət faiz dərəcələri bu qədər aşağı olduğu şəraitdə böyük oyun oynamaqdır. İqtisadçılar həmişə razılaşmırlar, amma hazırda bir fikir birliyi var və daha çox addım atılmasa, iqtisadiyyatda uzunmüddətli ziyan meydana gələ bilər. Prezident Bayden epidemiya dövründə vergiləri artırmaq istəmir”.

Yellen ölkəsi ilə Çin arasında qarşıdurmaya da toxunub: “ABŞ Çinin zərərli fəaliyyətnə hazır olmalıdır. Sanksiyalar kiber təhlükəsizlik və digər hücumlara cavab vermək üçün kritik vasitədir. Sanksiya siyasətini tez bir zamanda nəzərdən keçirməyə başlayacağam”.

Yellen qeyd edib ki, ABŞ iqtisadiyyatını stimullaşdırmaq və böyük bir təşviq paketi ilə özünü uzunmüddətli zədələrdən qorumaq üçün hərəkətə keçilməlidir: “Önümüzdəki bir neçə ayda peyvənd paylamaq, məktəbləri yenidən açmaq, müəllimlərin işdə qalmasına kömək etmək üçün daha çox yardıma ehtiyacımız olacaq“.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər