23 Yanvar 2021 10:49
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1,23 faiz azalaraq 1 barelə görə 55,41 dollar təşkil edib.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,62 faiz azalaraq 52,27 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də azalıb.

Belə ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 milyon BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,81 faiz azalaraq 2,45 ABŞ dolları təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər