3 Fevral 2021 15:41
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Tesla” elektrik avtomobil istehsalçısı “Model S” və “Model X” avtomobillərindəki sensor ekran problemi səbəbindən 134 min 951 avtomobili geri çağıracaq.

Teleqraf.com xəbər verir ki, ABŞ Milli Yol Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) məlumatına görə, “Tesla” adıçəkilən avtomobil modellərini geri çağırmağı qəbul edib.

NHTSA yanvarın 13-də “Tesla”ya sensor ekranda ortaya çıxan qüsurun təhlükəsizlik riski olduğu barədə məktub göndərib.

Məktubda qeyd olunub ki, 12 mindən çox müştərinin zəmanət tələbi və ekranla bağlı şikayəti var.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər