Dünyanın aparıcı investisiya banklarından biri olan "Goldman Sachs" qarşıdakı aylarda neftin qiymətinin 70 dollara çatacağını proqnozlaşdırır.
Teleqraf.com xəbər verir ki, investisiya banklarının qiymətlərin artacağına dair proqnozları neftin bir barelinin 63 dollar civarında tədarük edilməsinə şərait yaradıb.
Fyuçers müqavilələr Nyu-York bazarında əvvəlki sessiyada 4 faizdən çox artaraq 1,6 faizə çatıb.
“Morgan Stanley”ə görə, bazarlar 2000-ci ildən sonra ən sərt rüblərdən birini keçə bilər.
SOCAR isə yayda xam neft ehtiyatlarının əriməsi ilə Brent markalı neftin qiymətinin 80 dollara çata biləcəyini bildirir.
Analitiklər hesab edir ki, neft bazarlarında müsbət dinamika davam edir. Qorxu və narahatlıqdan daha çox nikbinlik var.
Səudiyyə Ərəbistanının təktərəfli tətbiq etdiyi neft kəsintilərindən sonra qiymətlər 20 faizdən çox artıb. Digər tərəfdən, Brentin ödəmə fərqi yüksəliş tendensiyasına işarə edir.
Bazar ertəsi Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 4,1 faiz artıb, Sinqapurda isə 96 sent artaraq bir bareli 62,66 dollara çatıb.
Qeyd edək ki, hazırda WTI markalı neftin 1 barelinin qiyməti 1,09 faiz azalaraq 61 dollar təşkil edir.
Londonun “İCE Futures” birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin qiyməti 1,8 faiz artaraq 66,40 dollara çatıb.
Hazırda Brent neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,78 fazi azalaraq 1 barelə görə 63,98 dollar təşkil edib.