2020-ci ildə Azərbaycan xaricdən 10,73 milyard ABŞ dolları dəyərində mal idxal edib. İdxal əməliyyatlarının 59 faizi tamamilə gömrük rüsumlarından azad olunub.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.
O qeyd edib ki, əməliyyatların 41 faizi gömrük rüsumlarına cəlb edilib: “O cümlədən, idxalın 26,5 faizi 15 faizlik, 8,2 faizi 5 faizlik, 5,6 faizi isə spesifik dərəcə ilə gömrük rüsumu ilə əhatə olunub. Əlavə dəyər vergisi (ƏDV) üzrə azadolmaların ümumi idxalda çəkisi 64 faiz təşkil edib".