19 Aprel 2021 16:19
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada kiçik və orta sahibkarlıq subyektlərinin (KOBİ) 35 faizi borc tələsinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu, Tokionun “Shoko Research” araşdırma agentliyinin apardığı anket sorğuda məlum olub.

8 min 400 KOBİ tərəfindən cavablandırılan anketdə, müəssisələrin 35 faizinin ödəyə bilmədikləri borc yükü altında olduğu ortaya çıxıb. Anketin nəticələrinə görə, restoranlar, qida və içki tədarükçüləri ən çox təsirlənən sektorlar arasındadır.

Şirkətlərin üçdə ikisinin güzəştli kredit istifadəsindən faydalandıqları, lakin COVID-19-un bazarlara mənfi təsiri ilə kredit ödəmə proseslərinin çətin olduğu qeyd edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər