Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Teleqraf.com AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 44,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb 1 iyun da keçirilən hərracla müqayisədə 29,3 faiz azalıb.