“Gürcüstanın Ozurgeti şəhərində SOCAR-ın yanacaqdoldurma məntəqəsinə silahlı hücum edilib”.
Teleqraf.com xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, qarət məqsədilə hücum edən şəxs kassa aparatını aça bilməyib: “O, yalnız 100 lari götürməyə nail olub. Şübhəli bilinən şəxs artıq Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.