29 İyun 2021 16:29
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Türkiyə arasında ikitərəfli və tranzit nəqliyyat üçün “Vahid keçid sertifikatı” kvotası 31% artırılaraq 35 mindən 46 minə qaldırılıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlayıb.

Bildirilir ki, Türkiyə ilə Azərbaycan Quru Nəqliyyatı Birgə Komissiyası (QNBK/ KUKK) nümayəndə heyəti 24-25 iyun tarixlərində İstanbulda görüşüblər. İclasa Türkiyə nümayəndə heyəti adından Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyat xidmətləri Tənzimləmə Baş meneceri Murat Baştor, Azərbaycan nümayəndə heyəti tərəfindən isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yol Nəqliyyat İdarəsinin rəisi Həbib Həsənovun qatılıb.

Toplantıda Türkiyə ilə Azərbaycan arasında yeni avtomobil nəqliyyatı ilə bağlı işlərin başladığı qeyd edilib. Həmçinin iki ölkə arasındakı beynəlxalq avtomobil nəqliyyatı ilə Xəzər keçidi məsələləri də müzakirə olunub: "Qardaş ölkə Azərbaycan və Türkiyə arasında ikitərəfli və tranzit nəqliyyat üçün “Vahid keçid sertifikatı” kvotası 31 % artaraq 35 mindən 46 minə yüksəldildi. Üçüncü ölkə keçid sertifikat kvotası isə 2 min 500-dən 3 minə yüksəldildi. 2021-ci il üçün türk nəqliyyatçıları tərəfindən istifadə ediləcək ümumilikdə 8 min əlavə keçid sənədi görüş zamanı təslim alınaraq sərhəd məntəqələrinə göndərildi”.

Azərbaycan Milli Məclisinə təqdim olunan qanun layihəsinin tezliklə təsdiqlənməsi və qüvvəyə minməsi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı