17 İyul 2021 23:08
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran neft ixracatında Fars körfəzinə və Hörmüz boğazına alternativ yeni bir yol yaradıb. Ölkə neft ixracatında ilk dəfə Oman Körfəzi üzərindən yüklənmə həyata keçirməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, artıq ilk tanker Jask bölgəsinə gəlib və bazar ertəsindən etibarən yüklənmələr başlanacaq.

Yükün həcmi və təyinat nöqtəsi açıqlanmayıb. Sözügedən limana daşıma min kilometrlik boru kəməri ilə təmin edilsə də, ilk mərhələdə gündə 350 min barel neftin ixrac edilməsi planlaşdırılır.

Qeyd edək ki, ölkənin neft ixracatının əhəmiyyətli bir hissəsi Fars körfəzi və Hörmüz boğazından həyata keçirilir. Əvvəllər Hörmüz boğazı üzərindəki geopolitik gərginlik neft tədarükünü pozmuşdu.


Müəllif: Yeganə Oqtayqızı