Rusiyanın ən böyük neft şirkəti “Rosneft” yaxın vaxtlarda tamamlanması gözlənilən "Şimal Axını 2" boru kəməri ilə təbii qaz nəql etmək üçün müraciət edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlayıb.
O bildirib ki, “Rosneft” son vaxtlar neft hasilatı ilə yanaşı təbii qaz hasilatını da artırıb: “Hazırda nazirlərin görüşünü gözləyirik, sonra məsələni hökumətlə müzakirə edəcəyik”.
Rusiya qanunlarına görə, “Qazprom” boru kəmərləri ilə təbii qaz ixrac etmək səlahiyyətinə malik yeganə şirkətdir. Şirkətin prezidenti Aleksey Miller də bu il "Şimal Axını 2" boru kəməri vasitəsilə Avropaya təbii qaz tədarükünə başlaya biləcəklərini açıqlayıb.
Ümumi dəyərinin 10 milyard avro civarında olacağı gözlənilən “Şimal Axını 2” layihəsi ilə ildə 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya nəqli planlaşdırılır.