Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Azərbaycanın beş müəssisəsindən alma ixracına razılıq verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.
Qeyd olunub ki, müəssisələrdə sanitariya təhlili aparılıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanətləri də alındı. Sentyabrın 30-dan etibarən idxala icazə verilib.