12 Noyabr 2014 13:29
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iki müəssisənin səhmlərini dövlət qeydiyyatına alıb.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müəssisələrdən biri “Goranboy Ət” açıq səhmdar cəmiyyətidir. Belə ki, şirkətin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 2 manat olan 38 717 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001019574 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Komitə həmçinin "Başak-İnam Sığorta Şirkəti" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 200 manat olan 5000 ədəd adi sənədli adlı səhmlərinin buraxılışı AZ1001004683 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər