13 Noyabr 2014 19:57
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Teleqraf.com-un xəbərinə görə, iclasda dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər Səhiyyə şöbəsinə və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit proqramları təsdiq edilib.

Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Ağstafa rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şəki şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiqlənib. Həmçinin “Azərkosmos” ASC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun auditinə dair audit proqramları təsdiq edilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər