15 Noyabr 2021 23:26
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 10 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1140 daşınmaz əmlaka sahib olub.

Teleqraf.com Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə ev alan xaricilərin sıralanmasında 8-ci yerdə qərarlaşıb.

Yanvar-oktyabr dövründə Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk dördlüyü aşağıdakı kimidir: İran (7188), İraq (6547), Rusiya (3658) və Əfqanıstan (2277).

Evlərin 1740-ı Almaniya, 1530-u Qazaxıstan, 1343-ü Küveyt, 1140-ı Azərbaycan, 1123-ü Amerika, 1046-sı Yəmən və 977-si Fələstin vətəndaşlarına satılıb.

Ötən il 40 min 812 olan əcnəbilərə ev satışı yanvar-oktyabr dövründə 43 min 372-yə yüksəlib.

Ümumilikdə 10 ayda Türkiyənin əcnəbilərə ev satışı bir əvvəlki ilin eyni dövrünə görə 38 faiz artaraq 43 min 372-yə çatıb. Bu da 2020-ci ilin satış rəqəmlərini üstələyir.

Sözügedən dövrdə ən çox mənzil satışı İstanbulda qeydə alınıb (20 247). Satış sayı üzrə ikinci sırada Antalya (8 640), üçüncü yerdə Ankara (2 min 755), dördüncü yerdə Mersin (1870), beşinci yerdə Yalova (1364), altıncı yerdə isə Bursa (1260) şəhərləri qərarlaşıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər