2015-ci il dövlət büdcəsini deputatlara təqdim edən maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin strukturu və əsas prioritetləri haqda məlumat verib.
Nazir deyib ki, layihə komitələrdə müzakirə edilib, bu müzakirələrdə hökumət nümayəndələri də iştirak edib. Büdcə hazırlanarkən iqtisadiyyatın əsas meylləri, dünyada artan geosiyasi gərginliyin mənfi təsirləri nəzərə alınıb:
“2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların real büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanıb.
2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faizi həcmində olmaqla 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır.
2015-ci ilin büdcəsi investiyası yönümlüdür. Büdcənin sosialyönümlüyü də saxlanılır. Bu il sosiyalyönmlü sahəyə 5 milyard manatdan artıq vəsait nəzərdə tutulub. İdman sahəsinə 1 milyard 400 milyon manat ayrılması nəzərdə tutulub. Qaçqın və məcburi köçkünlərin maliyyələşməsinə 215 milyon manat ayrılması nəzərdə tutulub.
Sosial ipoteka üçün 50 milyon manat ayrılacaq. Ölkənin milli təhlükəsizlik və hərbi qüdrətinin artırılması prioritet istiqamət kimi saxlanılır. Növbəti ildə müdafiə xərclərinə 3 milyard 783 milyon manat ayrılacaq. Bu 2014-ü illə müqayisədə 8% çoxdur. Kənd təsərrüfatı sahəsinə 596 milyon manat ayrılıb. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, aqrar sahədə çalışan sahibkarlığın 152 milyon manat vəsait nəzərdə tutulub.
Enerji və ərzaq təhlükəsizliyi sahəsi də büdcənin əsas istiqamətləridir. Cənubi Qafqaz qaz dəhlizi üçün 928 milyon manat ayrılıb. Dəmiryol və magistral avtomobil yollarının təmiri və yenidən qurulması nəzərdə tutulur.
Bu sahəyə 300 milyon ayrılması nəzərdə tutulur. Ərzaq təhlükəsizliyi proqramına 186 milyon manat ayrılacaq. Nöbvəti ildə şəhər və rayonların gəlirləri 865 milyon manat olacaq. Yerli xərclər daha çox yerli imkanlar hesabına təmin ediləcək”.
Nazir çıxışında qeyd edib ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur.
Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2 faiz artıqdır.
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,112,0 milyon manat daxil olma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 10 milyon manat çox deməkdir.
Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1,590 milyon manat gəlir proqnozlaşdırılır. Büdcəyə digər daxilolmalar 48 milyon manat təşkil edəcək. Növbəti ildə də büdcə təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 300 milyon manat daxilolma proqnozlaşdırılır. Gələn il üçün bütövlükdə dövlət büdcəsi gəlirlərinin 6,750 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək”.
Nazir onu da vurğulayıb ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. Son 3 ayda neftin qiyamətinin 20 % azalmasına baxmayaraq büdcədə problemlər gözlənilmir və bu büdcənin xərclərinə kəskin problem yaratmayacaq.
“Hesab edirik ki, neftin qiymətinin uzunmüddətli aşağı qalması üçün əsaslar yoxdur. Neftin qiymətinin hətta 60 dollara düşməsi də kəskinlik yaratmayacaq.
2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil etmişdi. 2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 milyon manat və yaxud 25 faiz çoxdur”.
Nemət