27 Dekabr 2021 18:08
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədi ilə sabah - dekabrın 28-də saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumata görə, təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır. Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər