31 Dekabr 2021 08:25
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tesla" şirkəti elektrik mühərrikli 475 min avtomobili geri çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının sənədlərində deyilir.

İdarənin məlumatına görə, 356 mindən çox model 3 hetçbeki və 119 mindən çox model sedanı geri çağırılacaq.

Maşınların istehsal ili modeldən asılı olaraq 2014-2021-ci illər arasında dəyişir. Eyni zamanda, departament bu qərarın təsirinə məruz qalan ölkələri dəqiqləşdirmir.

Geri çağırılma ön baqajda problem və arxa görüntü kamerasındakı nasazlıqlarla bağlıdır.

Şirkətin servis mərkəzlərində nasaz hissələrin pulsuz dəyişdirilməsi mümkün olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər