7 Yanvar 2022 08:25
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycan və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında protokolu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, qərar Türkiyənin “Rəsmi qəzet”ində dərc olunub.

Qeyd edək ki, üç ölkə arasında gömrük məsələləri komitə ötən ilin oktyabrında Türkiyənin İzmir şəhərində yaradılıb.

Üçtərəfli Komitə tərəflər arasında əməkdaşlığı əlaqələndirəcək, təşviq və inkişaf etdirəcək, eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətləri müəyyən edəcək.

Komitə tərəflər arasında - gömrük məsələləri üzrə əməkdaşlığın gücləndirilməsi yollarını və imkanlarını araşdırmaq; sərhəd keçidlərini asanlaşdırmaq, sadələşdirmək və onların təhlükəsizliyini təmin etmək; gömrük siyasəti və prosedurları, icra funksiyaları, modernləşmə proqramları və təchizat zəncirinin təhlükəsizliyi ilə bağlı bilik və qabaqcıl təcrübələri bölüşmək; gömrük məsələlərində hüquq-mühafizə üzrə əməkdaşlıq, qaçaqmalçılığa qarşı birgə operativ tədbirlər görmək və başqa sahələr üzrə əməkdaşlığı əlaqələndirəcək.

Tərəflərin gömrük xidməti rəhbərləri Komitənin həmsədrləri olacaq, Komitənin - gömrük işinin təkmilləşdirilməsi; beynəlxalq əməkdaşlıq və təlim; məlumat mübadiləsi; gömrük hüquq-mühafizə məsələlərində əməkdaşlıq; risklərin idarə edilməsi və statistika üzrə işçi qrupları yaradılacaq.

Komitənin iclasları ildə bir dəfə olmaqla növbə ilə keçiriləcək. Növbəti iclas Bakı şəhərində keçiriləcək.

Prezident İlham Əliyev 2021-ci il dekabrın 20-də “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un təsdiq olunması barədə fərman imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər