İran Milli Qaz Şirkəti (NIGC) Gürbulak giriş məntəqəsindən Türkiyəyə təbii qazın nəqlini 10 gün müddətinə dayandırıb.
Teleqraf.com xəbər verir ki, şirkət məhdudiyyətin texniki nasazlıq səbəbindən baş verdiyini açıqlayıb.
Türkiyənin BOTAŞ (Boru Xətləri ilə Yanacaq Daşıma) şirkətinin açıqlamasına görə, İran Milli Qaz Şirkəti (NIGC) tərəfindən Gürbulak giriş məntəqəsindən Türkiyəyə tədarük edilən təbii qazın miqdarı və təzyiqi yanvarın 17-dən etibarən azalmağa başlayıb. Təbii qaz alışı gündəlik müqavilə məbləğinin təxminən 1/3 hissəsinə qədər azalıb.
NIGC-dən BOTAŞ-a bildirilib ki, 20.01.2022-ci il tarixindən etibarən texniki nasazlıq səbəbindən təbii qazın verilişini 10 gün ərzində həyata keçirə bilməyəcək.