15 Fevral 2022 13:14
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya iqtisadiyyatı 2021-ci ilin son rübündə güclü şəkildə böyüyüb.

Teleqraf.com xəbər verir ki, ölkənin iqtisadiyyatının böyüməsinə səbəb COVID-19 virusunun omikron variantına yoluxma hallarının səngiməsidir.

Lakin buna baxmayaraq artım gözləntilərdən bir qədər aşağı olub.

Məlumata görə, 2021-ci ilin üçüncü rübündə 2,7 faiz azalma müşahidə olunan Yaponiya iqtisadiyyatında ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artım qeydə alınıb.

İqtisadçılar isə bu artımın 5,8 faiz olacağını gözləyirdilər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər