30 May 2022 11:29
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akkumulyator istehsalında mühüm rol oynayan kobalt, litium və nikelin qiymətində yüksəlmə sürəti sona çatır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın investisiya bankı “Goldman Sachs” yayıb.

“Goldman Sachs” analitiklərinə görə, qarşıdakı iki ildə üç metalın qiymətində azalma ehtimalı yüksəkdir: “İnvestorlar batareya metallarının 21-ci əsrin qlobal iqtisadiyyatında oynayacağı kritik roldan xəbərdardırlar. Tələb profili eksponent olaraq artsa da, bu metallar üçün bazarın bitdiyini düşünürük. Onların uzunmüddətli perspektivləri güclü olsa da, investorların bu metallara marağı həddindən artıq təklifə səbəb olub”.

“Goldman Sachs”a görə, bir ton üçün 60 min dollardan satılan spot litium bu il orta hesabla 54 min dollarla bağlanacaq və 2023-cü ildə yalnız 16 min dollardan yuxarı qalacaq.


Müəllif: Yeganə Oqtayqızı