4 Dekabr 2014 20:16
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ilə Londonu bir-birinə bağlayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttində işlərin 83 faizi tamamlanıb. Türkiyə ərazisindəki 79 kilometr hissədə isə əsas işlər başa çatdırılıb.

Bu barədə Qars valisi Günay Özdemir məlumat verib.

Hazırda dəmir yolu xəttinin Türkiyə hissəsində qızğın iş getdiyini söyləyən vali layihənin Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inkişafına təkan verəcəyini bildirərək deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birinci mərhələdə bir milyon sərnişin daşınacaq. Bununla paralel yük daşınması da həyata keçiriləcək. Əvvəlcə üç ölkənin istehsal etdiyi məhsullar bazarlara çıxarılacaq. Qarsda qurulacaq logistik mərkəzin tenderi də keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2015-ci ilin sonunda, logistik mərkəz isə 2016-cı ilin əvvəlində istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, Türkiyə ərazisində sürətli qatar xəttinin İstanbuldan Qarsa qədər uzanması ilə Qafqaz bölgəsinin iqtisadi, sosial və mədəni əlaqələri də artacaq”.

Dəmir yolu xəttinin layihə müdiri Kayserşah Erdem isə bildirib ki, 2013-cü ildə tikintidə ləngimə olsa da, artıq işlər sürətləndirilib. “Hazırda 550 metrlik qazılmamış tunel qalıb. Onu da mart ayında təhvil verməyi düşünürük. Tarixi Senger qalasının zərər görməməsi və sərhəddə tunel yaxınlığındakı sürüşmə səbəbi ilə layihəyə iki dəfə dəyişiklik olunub. Ancaq biz bu işləri gələn ilin sonunadək başa çatdıracağımıza əminik”, - deyə K.Erdem əlavə edib.


Müəllif:

Oxşar xəbərlər