3 Oktyabr 2022 13:00
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük investisiya banklarından olan Deutsche Bank və “Credit Suisse”-in səhmləri 2008-ci il böhranının səviyyəsindən də aşağı düşüb. İki bankdakı vəziyyətdən sonra ekspertlər 2008-ci il sentyabrın 15-də Lehmanın iflasının təkrarlana biləcəyini anons edirlər.

Teleqraf.com xəbətr verir ki, Rusiyaya qarşı sanksiyalardan sonra enerji böhranı ilə mübarizə aparan Avropa yeni böhran təhlükəsi ilə üz-üzə qalıb.

Dünyanın ən böyük banklarından biri olan Swiss Bank Credit Suisse və Almaniyanın Deutsche Bankının çətin vəziyyətdə olduğu iddia edilir.

Qeyd edək ki, Lehman Brothers hadisəsi 15 sentyabr 2008-ci ildə ABŞ tarixində ən böyük iflas - 613 milyard ABŞ dolları borcla baş verdi.

Bəzi ekspertlərin fikrincə, bankların hətta iflas risklərinin olduğu iddia edilir və sosial mediada yayılan maraqlı iddiaya görə, Roma Papası Fransisk Vatikanın bütün maliyyə aktivlərinin Credit Suisse və Deutsche Bank da daxil olmaqla digər banklardan Vatikan banklarına çəkilməsini əmr edib.

Digər tərəfdən, Credit Suisse rəhbərliyinin çətin vəziyyətdən çıxmaq üçün Credit Suisse-i ixtisar etməyi planlaşdırdığı deyilir. Bank rəhbərlərinə oktyabrın 27-də əsas səhmdarlara ixtisar planı təqdim olunacaq. Mütəxəssislər təxminən 900 milyard dollarlıq leverged əməliyyatları daşıyacağı təxmin edilən bankın normala qayıtma şansını hələlik çox zəif gördüyünü bildirir.


Müəllif: Nemət

Oxşar xəbərlər