17 Dekabr 2014 20:16
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rublun dəyərdən düşməsi prosesinin yaxın vaxtlarda Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan "ABB-Moskva" ASC üçün ciddi problem yaradacağı gözlənilmir.

ABB-nin baş direktoru Elmir Həbibullayev bildirib ki, rublun məzənnəsinin dəyişməsi aktivlərin dəyərinin artıb-azalmasına səbəb ola bilər.

Bu günə olan statistik göstəricilərə görə, Rusiyadan Azərbaycana və əks istiqamətə göndərilən pulların balansında ciddi dəyişiklik müşahidə olunmadığını və gözlənilmədiyini diqqətə çatdıran E.Həbibullayev vurğulayıb ki, müəyyən müddətdən sonra Rusiyadakı böhran iqtisadiyyat üçün real problem yaradarsa, "ABB-Moskva"ya da təsir edə bilər.


Müəllif:

Oxşar xəbərlər