11 Yanvar 2023 11:19
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə qlobal neftə tələbat 2023-cü illə müqayisədə 1,72 milyon barel/gün artaraq 102,20 milyon barel/günə çatacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) proqnozlaşdırıb.

Administrasiyaya görə, qlobal neft tələbi artmağa davam edəcək.

EIA 2022-ci ildə 99,43 milyon barel/gün olan istehlakın 2023-cü ildə 100,48 milyon barel/günə yüksələcəyini təxmin edib.

Həmçinin qlobal neft tədarükünün 2022-ci ildəki 100 milyon bareldən 2024-cü ildə sutkada 102,83 milyon barelə çatacağı bildirilir. 2023-cü il üçün qlobal neft hasilatı gözləntiləri 101,10 milyon barel/gün idi.

EIA təxmin edir ki, Brent markalı neftin orta qiyməti 2022-ci ilə nisbətən 18 faiz azalaraq 2023-cü ildə 83,10 dollar/barel olacaq, 2024-cü ildə orta qiymətin 78 dollar/barelə enəcək. 2023-cü il üçün Brent markalı neftin orta qiymət gözləntiləri daha əvvəl 92,36 dollar/barel olaraq açıqlanmışdı.


Müəllif: Yeganə Oqtayqızı