Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,74 ABŞ dolları, yaxud 3,32 % artaraq 85,34 ABŞ dolları təşkil edib.
Teleqraf.com xəbər verir ki, hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 83,69 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.