25 Dekabr 2014 22:19
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Teleqraf.com-un hökumət başçısının mətbuat xidmətinə istinadən məlumatına görə, görüş ARDNŞ-nin 2014-cü ildə Gürcüstandakı işlərinin nəticələrinə həsr olunub.

Tərəflər görüşdə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasının gedişini müzakirə ediblər. Qeyd edilib ki, bu layihədə Gürcüstana əsas tranzit ölkə qismində baxılır. Layihənin reallaşdırılmasına 2014-cü ilin sentyabrında başlanılıb.

Görüşdə ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn də iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər