3 Mart 2023 16:43
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının göstərişlərinin oxunması süni intellekt vasitəsilə hayata keçiriləcək. Bu istiqamətdə SOCAR “Azəriqaz” İB-nin yeni layihəsi artıq paytaxtda tətbiq edilməyə başlanılıb. Proses isə sayğac göstəricilərinin fotosu çəkilməklə həyata keçirilir”.

Teleqraf.com xəbər verir ki, bunu “Azəriqaz”ın Abonent Bazasına Xidmət Şöbəsinin rəis müavini Vüqar Səmədov bildirib. Qurum rəsmisi “Açıq qapı”da, həmçinin son 1 il ərzində ölkə üzrə ümumilikdə 66 106 yeni əhali abonentinin qeydiyyata alındığını qeyd edib.

Media nümayəndəsinin ölkədə qazın təzyiqinin hansı səviyyədə olması ilə bağlı sualını isə Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ətraflı şəkildə cavablandırıb. Şöbə rəisi havaların kəskin soyuduğu zamanlarda qazın təzyiqi ilə bağlı şikayətlərin daxil olmağını bildirib.

Sonda Eldəniz Vəliyev abonentlərə ödənişlərdəki fəallığa görə Birliyin adından təşəkkür ünvanlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər