Əlcəzairdə son üç ayda 6 yeni neft və təbii qaz yatağı aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bunu Əlcəzairin milli neft-qaz şirkəti “Sonatrach” açıqlayıb.
Məlumata görə, şirkətin səyləri ilə 2023-cü ilin birinci rübündə əksəriyyəti ölkənin cənub-şərqində olan 6 karbohidrogen yatağı kəşf olunub. Bu yataqlardan gündəlik 417 min 483 kubmetr təbii qaz və 16 min 84 barel xam neft əldə ediləcəyi vurğulanıb.
“Sonatrach” 2020-ci ildən 2022-ci ilin sonuna qədər 35 neft və qaz yatağı kəşf edib, onlardan yalnız biri İtaliyanın enerji şirkəti “Eni” ilə ortaq olub.