10 May 2023 18:39
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya ödəmələri təxirə salmağa imkan verən razılaşmadan sonra ilk gecikmə baş verib. 600 milyon dollarlıq qaz ödənişi 2024-cü ilə təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, qlobal enerji qiymətlərindəki dəyişiklikdən asılı olaraq 3-4 milyard dollarlıq qazın ödənilməsi 2024-cü ilə təxirə salına bilər.

Mənbənin sözlərinə görə, “Qazprom” təbii qaz ödənişlərinin təxirə salınması ilə bağlı danışıqlarda müsbət nəticə əldə olunub: “Bu günə kimi təxirə salınan ödəniş olmayıb. Hazırda 600 milyon dollar ödəniş rəsmi olaraq gələn ilə təxirə salınıb. Bunda qiymət artımı çox təsirli olub. “Qazprom” da bunu anlayışla başa düşdü. Çünki spot qazın alınması xərcləri artırıb”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər