11 May 2023 20:35
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya məhkəməsi “Google” şirkətini 3 milyon rubl (təxminən 40 min dollar) cərimələyib.

Teleqraf.com xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) “Google”a qarşı qaldırdığı iddiaya Moskvada keçirilən məhkəmədə baxılıb.

Məhkəmə “Google”un “YouTube”da LGBT təbliğatını ehtiva etdiyi bildirilən bəzi videoları silinmədiyini əsas gətirərək qanunlara əməl edilmədiyinə qərar verib.

Qeyd edək ki, “Google” daha əvvəl 2021-ci ildə oxşar səbəblərə görə 7,2 milyon rubl cərimələnmişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər