Azərbaycanın sənaye zonalarında ümumi investisiya həcmi 7,1 milyard manatdan çox olan 128 müəssisə qeydiyyatdan keçib və onlardan 66-sı istehsal fəaliyyətinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
Nazirin sözlərinə görə, mövcud layihələr üzrə 600 milyon manata yaxın investisiya yatırılması, 4 800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.