Bu gün müzakirə etdiyimiz “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunu Qarabağ-Zəngəzur büdcəsi adlandırsaq doğru olar.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər bu gün diqqət mərkəzindədir. Millət vəkilləri olaraq biz də bu məsələlərə hər zaman həssaslıqla yanaşırıq.
Deputat Elşən Musayev isə Azərbaycanın xaricdəki səfirlik və diplomatik korpuslarının təhlükəsizliyi ilə bağlı məsələyə toxunub və onlara ayrılan vəsaitin artırılmasını təklif edib:
"Azərbaycanın xaricdəki səfirlik və diplomatik korpuslarının təhlükəsizliyinin gücləndirilməsi vacib amillərdəndir".