“İnflyasiyanı 2 faiz hədəfə endirmək üçün əlavə faiz artımına ehtiyac ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Povell deyib.
O bildirib ki, Federal Açıq Bazar Komitəsi (FOMC) ümumilikdə bu il faiz dərəcələrinin yenidən, bəlkə də iki dəfə artırılmasının məqsədəuyğun olacağı fikrindədir:
“Sərtləşdirmə siyasətində xeyli yol qət etmişik. Son iclasda faizlərin sabit saxlanılmasına dair qərar vermək bizə əlavə vaxt qazandırdı. Başlanğıcda çox sürətli hərəkət etdik. Tədricən yavaşladıq. İnflyasiyanı idarə etməkdə qərarlıyıq. Yaxınlaşmışıq, lakin faiz artımı üçün hələ də yer var.
İnflyasiyanın bu il aşağı istiqamətli hərəkət etməsi gözlənilir. Zamanla inflyasiyanı 2 faizə endirmək üçün nə lazımdırsa, edəcəyik. Yaxın gələcəkdə faiz endirimlərinin olacağını düşünmürük”.