16 Sentyabr 2023 12:05
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin “Tiktok” video paylaşım platformasına 345 milyon avro (370 milyon dollar) cərimə kəsilib.

Teleqraf.com xəbər verir ki, qərarı İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) açıqlayıb.

Platforma uşaqların şəxsi məlumatlarının istifadəsi ilə bağlı Avropa İttifaqının (Aİ) qanunlarını pozub.

Şəxsi məlumatların qorunması ilə bağlı pozuntular 31 iyul və 31 dekabr 2020-ci il tarixləri arasında baş verib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər