28 Sentyabr 2023 20:42
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda Azərbaycan-Çin münasibətləri sürətli və hərtərəfli inkişaf dövrünü yaşayır. Azərbaycan ikitərəfli münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq üçün Çin ilə birgə fəaliyyəti davam etdirməyə hazırdır".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 28-də Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirib.

Dost Çin xalqını milli bayram münasibətilə səmimi qəlbdən təbrik edən Baş nazirin müavini iki ölkə arasında dostluğun qədim tarixə malik olduğunu bildirib: "Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Dövlət başçılarının şəxsi təşəbbüsü və dəstəyi sayəsində Azərbaycanla Çin arasında siyasi qarşılıqlı etimad daim dərinləşir, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli nəticələri əldə edilir, beynəlxalq əməkdaşlıq inkişaf edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər