12 Oktyabr 2023 13:31
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın nüvə sənayesində heç bir rəqibi yoxdur. Dövlət nüvə şirkəti “Rosatom” hazırda xaricdə eyni vaxtda 22 enerji bloku inşa edir. Bu, dünya bazarının təxminən 80 faizini təşkil edir. Misir və Banqladeşdə, eləcə də Türkiyədəki Akkuyuda (AES) atom elektrik stansiyalarının tikintisi davam edir. Xaricdə Rusiya AES-lərinin tikintisində üçüncü ölkələrin iştirakına qarşı deyilik”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Rusiya Enerji Həftəsində deyib.

Prezident Rusiyanın Ukraynaya hücumlarından sonra Avropa və Qərb ölkələrinin rus qazının alışına tətbiq etdiyi tavan qiyməti tənqid edib: “Bildiyiniz kimi, Avropa ölkələri bizim enerji resurslarımızdan istifadə etməkdən praktiki olaraq imtina ediblər. Tamamilə olmasa da, bunu etməyə çalışırlar. Uzun illərdir Avropa İttıfaqının iqtisadi və sosial rifahını təmin edən enerji qaynaqlarımızdan əl çəkməyə çalışırlar. Təbii ki, 100 faiz deyil. Halbuki bu, Aİ-də rifahın çox ciddi bir elementi idi. Bank xidmətlərinə, yük və sığorta əməliyyatlarına məhdudiyyətlər qoyuldu, Rusiya nefti və qazı üçün tavan qiymətlər müəyyən edildi.

Qərb elitasının hərəkətləri qlobal enerji bazarında, o cümlədən neft bazarında xaosa gətirib çıxarıb. Bu cür siyasiləşdirilmiş addımların mənfi nəticələri bütün qlobal iqtisadiyyata təsir edir və bu, indi düzəldilməlidir. Təbii ki, bunu məsuliyyətli bazar subyektləri etməlidir. Bazarda sabitliyi təmin etmək üçün əsas təchizatçılar OPEC+ ölkələri kimi açıq və şəffaf şəraitdə əməkdaşlıq etməlidirlər”.

Putin həmçinin Rusiyanın enerji sektorunda əsas prioritetinin hazırda daxili bazarı təmin etmək olduğunu bəyan edib və ölkəsinin enerji potensialını artıracağını da vurğulayıb: “Yaxın 10 ildə Rusiyada mayeləşdirilmiş təbii qaz (LNG) hasilatı 3 dəfə artırılaraq ildə 100 milyon tona çatdırılacaq. Rusiya qlobal enerji bazarının tarazlaşmasına əhəmiyyətli töhfə verməyə davam edəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər