2023-cü ilin əvvəlindən Rusiyanın Çinə neft nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 75 milyon tonu keçib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in prezidenti İqor Seçin Pekində keçirilən tədbirdə deyib.
O bildirib ki, neft Şərqi Sibir-Sakit Okean boru kəməri ilə daşınır: “Bu, Yaxın Şərqdə artan geosiyasi qeyri-sabitliyə görə Hörmüz boğazı və ya Süveyş kanalı vasitəsilə tanker daşımalarından daha etibarlı marşrut kimi görünür”.
Seçin Rusiyanın bu ilin 8-ci ayı etibarilə Səudiyyə Ərəbistanını qabaqlayaraq Çinə ən çox neft göndərən ölkə olduğunu vurğulayıb: “Rusiyanın Çinə neft nəqli 2022-ci ildə əvvəlki illə müqayisədə 28 faiz artaraq 89 milyon tona çatıb”.