6 Noyabr 2023 21:12
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apple” 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, şirkət dördüncü rübünü əhatə edən qazanc hesabatında “iPhone” satışlarının artdığını vurğulayıb.

Bildirilir ki, şirkət cari rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 89,5 milyard dollar gəlir əldə edib.

“Apple”ın bu rübdə artım göstərən yeganə aparat xətti “iPhone” olub. Smartfonun satışları keçən ilə nisbətən 2 faiz artaraq 43,81 milyard dollar xalis mənfəət əldə edib.

“Apple” İcraçı Direktoru (CEO) Tim Cook bildirib ki, “iPhone 15” “iPhone 14”dən daha yaxşı rüblük performans göstərib: “Apple”ın bahalı Pro və Pro Max modellərinə olan sıx istehlakçı tələbi səbəbiylə tədarük problemi yaşandı”.

“Apple”ın “AirPods”, “Apple Watch” və oxşar taxıla bilən cihazlardan əldə etdiyi gəlirlər illik müqayisədə 3 faiz azalaraq 9,32 milyard dollara çatıb. Texnologiya nəhəngi dördüncü rübdə “iPad”dən 6,44 milyard dollar, Mac-dan isə 7,61 milyard dollar qazanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər