26 Yanvar 01:26
2 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ÇXR-ə dövlət səfərinin işgüzar proqramı çərçivəsində Çinin aparıcı BYD şirkətinin Şençjen şəhərindəki baş ofisini və texnologiya mərkəzini ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Mirziyoyev və Vanq Çuanfu mərasimdə onlayn iştirak ediblər.

Mətbuat xidmətinin məlumatına görə, Özbəkistan prezidenti yaxın gələcəkdə bazar tələbi nəzərə alınmaqla model çeşidinin genişləndirilməsi və istehsal gücünü ildə 300 minə çatdırmaq zərurətini açıqlayıb. Şirkətin ehtiyat hissələrinin lokallaşdırılması və mühəndislik və xidmət mərkəzlərinin yaradılması ilə Özbəkistanda BYD elektrik avtobuslarının yığılması ilə bağlı planları da dəstəklənib.

Səfər zamanı Mirziyoyevə şirkətin 10 000-ci avtomobilinin Özbəkistana çatdırılması əlaməti olaraq Yangwang U8 avtomobili hədiyyə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər