12 Mart 11:50
4 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması qonşu ölkədən gələnlərin sayının artmasına təkan verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.

“Azərbaycanın sərhədlərinin turizmin daha da inkişafı üçün tamamilə açıq olmasını alqışlayırıq, qonşu ölkədən və strateji tərəfdaşımızdan çoxlu turistlərimiz olub, bunun gələcəkdə də davam etməsini istəyirik”, - nazir vurğulayıb.

Darçiaşvili Azərbaycanın sərhədləri bağlamasının səbəblərinə də diqqət çəkib:

“Səbəblərdən biri koronavirus idi, o zaman sərhədlər təhlükəsizlik məqsədilə bağlanmışdı. Regionda sonrakı hadisələr ümumilikdə təhlükəsizlik baxımından inkişaf edib, amma yenə də deyə bilmərəm ki, Azərbaycanın bu mövqeyi nədən qaynaqlanır, niyə belə bir qərara gəliblər. Əgər fərqli qərar versələr və vətəndaşlarının Gürcüstana gəlməsi asanlaşsa, bunu alqışlayırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu