15 Aprel 2015 20:44
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iki illik fasilədən sonra bu ilin martında Avropa maliyyə bazarında ilk dəfə olaraq 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar emissiya edib. Bu vəsaitin əsas hissəsi - 500 milyon dolları SOCAR-ın Türkiyədə həyata keçirdiyi “Star” neft emalı zavodu layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

Teleqraf.com xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə müsahibəsində məlumat verib. Dövlət Neft Şirkətinin əsas və böyük layihələrinin maliyyələşdirilməsini həyata keçirməyi dayandırmadığını deyən S.Qasımov qeyd edib ki, həmin avrobondların 250 milyon dollarının SOCAR-ın 2017-ci ildə qaytarmalı olduğu ilk avrobondlarının bazardan geri alınması istiqamətində istifadə olunması nəzərdə tutulub. Artıq bununla bağlı aidiyyəti banklara göstərişlər verilib.

Qeyd edək ki, SOCAR 2012-ci ilin əvvəllərində Azərbaycanda ilk dəfə olaraq London fond birjasında 500 milyon ABŞ dolları həcmində 5 illik avrobondlar emissiya etmişdi.


Müəllif:

Oxşar xəbərlər