18 Aprel 2015 14:23
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin1 barrelinin qiyməti aprelin 17-də 64,61 dollar təşkil edib.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) Trend-ə verilən məlumata görə, cümə günü neftin 1 barrelinin qiyməti cümə axşamına nisbətən nisbətən 1,36 dollar artıb.

SOCAR-dan bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 63,59 dollar təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 17-də 61,24 dollar təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar çoxdur.


Xatırladaq ki, Azərbaycan neftinin qiyməti cari həftənin əvvəlindən artır.


Müəllif:

Oxşar xəbərlər