2015-ci ildə Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz 9,7 milyard kubmetr təşkil edəcək.
Trend-in məlumatına əsasən, bunu SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov Bakıda keçirilən 22-ci Beynəlxalq “Caspian Oil & Gas-2015” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, qazın ümumi həcmindən 2,6 milyard kubmetr daxili tələbata veriləcək, 6,3 milyard kubmetr Türkiyəyə, 0,74 milyard kubmetr isə Gürcüstana ixrac ediləcək.