4 Avqust 2015 01:53
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşüb.


Ötən gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 3,75% azalaraq 49,84 dollar olub.

Brent markalı neftin qiyməti də bu il ilk dəfə olaraq 50 dollardan aşağı düşüb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,72% azalaraq 45,84 dollar təşkil edib.

Neftin qiymətinin ucuzlaşmasının səbəbləri kimi Çin iqtisadiyyatında yaşanan problemlər və yaxın zamanlarda İranın neft bazarına daxil olması ehtimalı göstərilir.


Müəllif:

Oxşar xəbərlər