Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsində 4,6 milyard manata yaxın vəsait daxil olub.
Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2015-ci ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,4 faiz əməl edilib.
Hesabat dövründə vergi orqanlarında 52 897 vergiödəyici qeydiyyata alınıb.