19 Sentyabr 2015 17:57
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çilov adasında böyük qazma qurğuları yerləşdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: "Çilov adasında ildə 200 ton neft hasil olunur və artıq neft hasilatının artırılması üçün imkanlar tapılıb".

R.Abdullayev qeyd edib ki, gələcəkdə bu adanı inkişaf etdirmək üçün böyük qurğuların burada yerləşdirilməsi məsələsinə də baxılır. Onun sözlərinə görə, həm də "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənmə proqramı çərçivəsində burada qurğular yerləşdiriləcək: "Bu adada müəyyən iş yerlərinin açılması ilə bağlı planlarımız var".

Qeyd edək ki, Çilov adasında "28 May" yatağının istismarı ilə məşğul olan 28 May adına Neft və Qazçıxarma İdarəsi yerləşir.


Müəllif:

Oxşar xəbərlər