31 Oktyabr 2015 12:47
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 49,78 dollar/barel təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) Teleqraf.com-a verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən nisbətən 0,39 dollar/barel azalıb.

"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" nefti Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 48,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

Azərbaycan neftinin URALS növü Novorossiysk limanından satılır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 30-da 44,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 30-da 48,16 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.


Müəllif:

Oxşar xəbərlər