İranın paytaxtı Tehranda 600-dən çox qızıl satış mərkəzləri fəaliyyətini dayandırıb.
Publika.az “İRNA” ya istinadən xəbər verir ki, bu barədə Tehran qızıl və ziynət əşyaları birliyinin rəhbəri Məhəmməd Rza Kəşti məlumat verib.
Onun sözlərinə görə, ölkədə mövcud olan iqtisadi böhran qızıl sektorunda ciddi problemələrə səbəb olub:
“Ölkədəki iqtisadi vəziyyət əhalinin alıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı, qızıl sektorunda istehsalat faizini də müvafiq olaraq azaldıb”.